Onlayn ictimai-siyasi qəzet
Rusiya rəsmiləri Qərbi yeni ittihamlarla hədəfə alıb.
Musavat.com xəbər verir ki, prezidentin köməkçisi Nikolay Patruşev Baltik dənizində baş verən son hadisələri “hibrid müharibənin başlanğıcı” adlandırıb.
Onun sözlərinə görə, vəziyyətin təhlili Qərbin bölgədə gərginliyi qəsdən artırdığını göstərir:
“‘Şimal axını’na qarşı diversiyalar sadəcə proloq idi. Bu, müasir tarixdə Baltik istiqamətində görünməmiş gərginlik dalğasının başlanğıcı oldu. Sualtı kabellərlə bağlı ardıcıl hadisələr və Rusiya gəmiləri ilə insidentlər göstərir ki, Qərb doğrudan da mərcləri yüksəldib və Baltik dənizini elan olunmamış hibrid müharibə arenasına çevirib”, – deyə Patruşev bəyan edib.
Musavat.com
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ