İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla şəkli olan rusiyalı blogerin həyat yoldaşının meyiti İrəvanda tapıldı

 

İrəvanda meyiti aşkarlanan, ilkin versiyaya görə, intihar edən qadının bloger Aleksey Romanovun həyat yoldaşı Yana Nikolaevna Zelenskaya olduğu bildirilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onun meyiti hamamda tapılıb.

Qeyd olunur ki, qadının əri Aleksey Romanov Xabarovskdan olan keçmiş aparıcı və jurnalistdir. 2016-cı ildə ailəsi ilə birlikdə Rusiyanı tərk etməyə məcbur olub və Gürcüstanda məskunlaşıb. Bloqqerin fikrincə, buna səbəb hakimiyyət tərəfindən təzyiqlər olub. Lakin 2019-cu ildə Romanov Rusiyaya qayıdıb.

Aleksey Romanov Rusiyaya qayıtmazdan əvvəl Ermənistanda da olub. Xüsusilə, o, 2018-ci ilin aprelində - məxməri inqilab günlərində İrəvanda olub. Bloger inqilabi nümayişlərin videolarını bloqunda yerləşdirib. Romanov hətta Ermənistanın baş naziri Nikol Paşinyanla da şəkil çəkdirib və bu şəkli dərc edib. Üstəlik, Rusiyada həbs olunanda üzərində “Duxov” yazısı olan köynək olub.

Erməni mediası bildirib ki, Ermənistan Daxili İşlər Nazirliyi Polisinin Əməliyyat İdarəetmə Mərkəzinə təcili yardımdan zəng daxil olub ki, çağırışla gələn həkimlər briqadası mənzillərdən birinə gedib. Tpaqriçneri küçəsində yerləşən binada qadın meyiti tapılıb. Bu faktla bağlı cinayət işi başlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR