İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Putinə zəng etməsini Arutyunyan xahiş edibmiş-erməni mediası

İyulun 5-də Qarabağdakı qondarma rejimin başçısı Arutyunyan “operativ hərbi-siyasi və humanitar vəziyyət və hakimiyyətin müvafiq hərəkətlərini” müzakirə etmək üçün iclas keçirib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Arutyunyan iddia edib ki, “artan təhlükələr və humanitar yüklərin daşınmasının tam dayandırılması şəraitində təhlükəsizlik vəziyyəti və gündən-günə kəskinləşən mövcud humanitar problemlər artsax xalqının mövcudluğu üçün ciddi problemlər yaradır”.

O qeyd edib ki, “hakimiyyət orqanları” mövcud vəziyyəti, təhlükələri və gözləntiləri hər cür şəkildə Ermənistan və Rusiya hakimiyyətlərinin, eləcə də beynəlxalq ictimaiyyətin digər aktorlarının diqqətinə təqdim edib və təqdim etməkdə davam edir. “Bütün məsul subyektlərin öz öhdəlikləri çərçivəsində təcili və effektiv fəaliyyət göstərməsinə təcili ehtiyac var. Bizim qaldırdığımız ekzistensial narahatlıq kontekstində artsax xalqı və hakimiyyətləri təhlükəsizlik və humanitar məsələlərin həllində və blokadanın aradan qaldırılmasında ən qısa müddətdə nəzərəçarpacaq nəticələr gözləyirlər. Təbii ki, biz bir sıra ssenarilər əsasında fəaliyyət planlarına malik olmaq və həyata keçirməklə son dərəcə məhdud imkanlarımız daxilində vəziyyətə nəzarət etmək üçün əlimizdən gələni edirik. Bu kontekstdə vurğulamaq istərdim ki, artsax respublikası öz konstruktiv mövqeyinə sadiq qalır və bütün problemləri sivil dialoq yolu ilə müzakirə etməyə və sülh yolu ilə həll etməyə hazırdır”, - deyə Arutyunyan sərsəmləmələrinə davam edib.

Erməni mediası yazıb ki, görüşdə Arutyunyanın xahişi ilə Ermənistan Respublikasının Baş naziri ilə Rusiya Federasiyasının Prezidenti arasında keçirilmiş telefon danışığının yekunları, habelə gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, “səlahiyyətli orqanlar”a müvafiq tapşırıqlar verilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR