Onlayn ictimai-siyasi qəzet
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası səsvermənin nəticələrinə əsasən yeni idarə heyətinin tərkibini elan edib.
Musavat.com xəbər verir ki, idarə heyətinə ən çox səs toplamış baş nazir Nikol Paşinyan (826 səs) rəhbərlik edir. Onun ardınca iqtisadiyyat naziri Gevork Papoyan (707 səs) gəlir. İlk üçlüyü isə deputat Vaagn Aleksanyan (688 səs) tamamlayır.
İyirmilik siyahıya həmçinin müdafiə naziri Suren Papikyan, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan, “Elsetey” şirkətinin müvəqqəti rəhbəri Romanos Petrosyan və digər tanınmış fiqurlar daxil olub.
Musavat.com
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ