Onlayn ictimai-siyasi qəzet
“Bəziləri “Vətəndaş sazişi” partiyasının 2026-cı il seçkilərində iştirak etməməsini istəyir, amma biz bəzi dairələrə belə bir zövq vermək fikrində deyilik”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın hakim partiyasının parlament fraksiyasının rəhbəri Ayk Koncoryan jurnalistlərlə söhbətində bildirib.
Koncoryanın sözlərinə görə, bu taleyüklü dövrdə Paşinyan Ermənistanda mühüm funksiyanı yerinə yetirir və bundan sonra da edəcək.
“Biz Ermənistan vətəndaşlarından mandat almış siyasi qüvvəyik”, - deyə erməni fraksiya rəhbəri meydan oxumağı unutmayıb.
Musavat.com
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ