İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyasından qovduğu deputat GÖRÜN NƏ ETDİ

Ermənistan parlamentinin deputatı, hakim “Vətəndaş Sazişi” partiyasının keçmiş üzvü Ovik Ağazaryan yeni partiya qurur.

“Təşəbbüs qrupu adından bildirmək səlahiyyətinə sahibim ki, qanunla müəyyən edilmiş qaydada partiyanın qurulması prosesinə başlayıram”, - deyə, Ağazaryan Facebook-da yazıb.

Onun sözlərinə görə, yeni siyasi qüvvə Vahid Milli Sosialist Partiyası adlanacaq.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan Ağazaryanı bu ilin oktyabrın 15-də İstintaq Komitəsinin keçmiş rəhbəri Arqişti Kərəmyanla mübahisə etdikdən sonra deputatlıq mandatdan məhrum etmək qərarına gəlib. Dekabrın 2-də Ağazaryan Paşinyanın tələbini rədd edib. Dekabrın 3-də axşam saatlarında “Vətəndaş sazişi” partiyasının İdarə Heyəti Ağazaryanı “dövlət və partiya əhəmiyyətli məxfi məlumatların sızdırması, habelə cəmiyyətin əxlaq normalarını kobud şəkildə pozması” səbəbindən partiya sıralarından xaric edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR