İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyasından olan deputatın oğlu cinayət törədərək qaçıb

Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyan barəsində axtarış elan edilib.

“Report” bu barədə “Shamshyan.com” kriminal xəbər saytına istinadən məlumat verir.

Məlumata görə, aprelin 2-də saat 17:30-18:00 radələrində naməlum şəxslər Vayos Dzorda yerləşən “Tamsar” yanacaqdoldurma məntəqəsinin direktoru Vahe Asatryanın ofisinə soxularaq onu döyməyə başlayıblar. Hücum edənlərdən biri, 27 yaşlı Baqratyan direktoru dəmir əşya ilə vurub.

Faktla bağlı cinayət işi başlanıb.

Lakin məhkəmənin onun həbsi ilə bağlı qərar çıxarmasından sonra gəncin azadlıqda olduğu üzə çıxıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR