Onlayn ictimai-siyasi qəzet
“Fevralın 13-də həlak olan “Yerkrapa” Könüllülər Birliyinin üzvləri erməni əsgərləridir və onlar 25 günlük təlim düşərgəsinin bir hissəsi kimi xidmət ediblər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Gevorq Papoyan deyib.
Onun sözlərinə əsasən, Ermənistan qanunvericiliyinə görə, ölənlər çağırışçı və müqaviləli əsgərlərlə eyni statusda olan əsgərlərdir.
“Bu, onların vəzifəsidir. Bundan başqa, təlim-məşq toplanışında iştirakdan yayınma halında cinayət məsuliyyəti nəzərdə tutulur”, - deyə deputat vurğulayıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ