İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası: İrəvan Bakının bu addımından narahatdır

“Ermənistan Azərbaycanın müxtəlif ölkələrdən silah almağa davam etməsindən narahatdır”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri Andranik Köçəryan deyib.

Onun iddiasına görə, Azərbaycan Ermənistanın öz təhlükəsizliyini və müdafiə qabiliyyətini “bir neçə pillə” artırmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirməsindən narahat olub.

“Ön xətdə möhkəmləndirmə işləri aparılır. Azərbaycanı narahat edən də məhz budur”, - deyə Köçəryan bildirib.

Paşinyanın deputatına görə, Ermənistan da öz növbəsində Azərbaycanın müxtəlif ölkələrdən silah almağa davam etməsindən narahatdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR