Onlayn ictimai-siyasi qəzet
Ermənistan Milli Assambleyasına Azərbaycan parlamentinin 8 noyabr 2022-ci il tarixli bəyanatına cavab olaraq yeni bəyanat layihəsi təqdim edilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, burada bəzi müddəalarla bağlı parlamentdə fikir ayrılığı yaşanıb.
Özəlliklə Ermənistanın hakim partiyasının nümayəndələri 30 illik status-kvonun saxlanması siyasətinin ölkəni hazırkı vəziyyətə gətirib çıxardığını düşünürlər. Bunu parlamentin Xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasında deputat Eduard Ağacanyan deyib.
“Ermənistanın hazırkı hakimiyyətinin əsas vəzifəsi bu təcridin səhifəsini açmaq və Ermənistanın beynəlxalq ictimaiyyətlə maksimum konsolidasiyasını təmin etməkdir. Bunun üçün minimum şərt məhz beynəlxalq ictimaiyyət üçün başa düşülən və məqbul olan terminologiyadan istifadə etməkdir”, - deyə Ağacanyan bildirib.
Erməni deputat müxalifətin gətirmək istədiyi formulların Ermənistanın dünya birliyi ilə konsolidasiyaya kömək etməyəcəyinə əmin olduğunu bildirib. Onun fikrincə, bu, həm də əlavə risklər doğuracaq. “Buna baxmayaraq, bizim birgə bəyanat vermək üçün siyasi iradəmiz var”, - deyə hakim partiyanın nümayəndəsi söyləyib.
Musavat.com
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ