İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası: “Bu gün erməni müxalifəti Bakının ən böyük arzularından birini həyata keçirdi”

“Bu gün Ermənistan müxalifəti Azərbaycan hərbi-siyasi elitasının ən böyük arzularından birini həyata keçirib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin növbədənkənar iclasında hakim “Vətəndaş sazişi” partiyasından deputat Vladimir Vardanyan bildirib.

Erməni deputat həmin cümləni əl çalaraq söyləyib. Vladimir Vardanyan uşaqlığından bir anı da xatırladıb.

“Biz uşaq vaxtı dalaşanda, dava edəndə nənəm həmişə deyirdi: uşaqlar, düşmənlərimizi bununla sevindirməyin. Bir müddət sonra Azərbaycan prezidentinin masasının üstündə sənəd görünəcək. Orada xüsusilə yazılacaq: “Ermənilər bir-birini günahlandırırlar. Bir-birini yeyirlər. Aralarında parçalanma yarandı. Bunu siz edirsiniz”, - deyə hakim partiyanın nümayəndəsi qeyd edib.

Vardanyan daha sonra müxalifətçi deputatlara üz tutub.

"Maraqlıdır, siz nə etdiniz? Günlərlə, hətta aylarla işə gəlmirsiz. Burada görünmürsüz. İnsanların boğazına bir tikə çörək də düşmür. Siz hər şeydə məmurları günahlandırırsınız. Bəli, biz günahkarıq. Hamımız günahkarıq. Heç olmasa kimsə sizə sual versin: “Niyə bu 30 ildə Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsini qaldırmamısınız? Heç olmasa gündəmə gətirəydiniz”, - deyə erməni siyasətçi söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR