Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin sədri Alen Simonyan maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyanın üzvlərini Berlinə göndərib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
“Komissiyanın sədri Gevorq Papoyan, deputatlar Arusyak Manavazyan, Narek Qriqoryan, parlamentin büdcə şöbəsinin eksperti Haykaz Nəsirbabayan, həmçinin parlament aparatının xarici əlaqələr şöbəsinin rəhbəri Janna Arutyunyan Berlinə gediblər. Lakin nümayəndə heyətinə müxalifət deputatı daxil edilməyib. Belə çıxır ki, Ermənistan parlamenti dövlət məmurlarına səyahət etmək, dünyanı görmək imkanı qazanmaq üçündür. Onlar Qarabağın itirilməsi fonunda sevinclə səyahət edirlər.
Üstəlik, parlament tribunasından öz ana dilində bir cümləni belə düzgün tələffüz edə bilməyən Narek Qriqoryanın Almaniyada nə işlə məşğul olduğu bəlli deyil”, - deyə sayt qeyd edir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ