İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: Şirakda şübhəli qruplar var

“Bu günlərdə Şirakda dövlət xüsusi xidmət orqanları adı altında rayonun müxtəlif ərazilərinə səfərlər edən, mənşəyi məlum olmayan qrup yaradılıb”.

Musavat.com-un xəbərinə görə, bu barədə Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Karen Saruxanyan feysbuk səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bu qrup müxtəlif sahələrdə işlərin gedişini yoxlayır və müəyyən nöqsanlarla bağlı dövlət sisteminin əməkdaşlarına şərhlər verir.

Saruxanyanın qeyd etdiyi kimi, bu qrupun üzvləri dövlət vəzifəsi tutmurlar, onların partiya mənsubiyyəti hələlik məlum deyil, onların bu cür yoxlamalar aparmaq, şərhlər vermək, dövlət və ya ictimai təşkilatların əməkdaşlarını təhdid etmək səlahiyyəti yoxdur.

“Onu da qeyd etmək istərdim ki, nəzarət funksiyalarını həyata keçirən idarələr var, lazım gəldikdə müvafiq tədbirlər görmək səlahiyyətinə malikdirlər. Yuxarıda adıçəkilən qurumun üzvləri səfərləri zamanı xüsusi dövlət orqanları adından əmrlər verməyə çalışırlar. Halbuki “İctimai təşkilatlar haqqında” Qanunun 6-cı maddəsinin 5-ci bəndində dövlət və ya yerli özünüidarəetmə orqanlarının adı ilə eyni olan təşkilatın adından istifadə edilməsi birmənalı şəkildə qadağan edilir. Güman edirəm ki, təhlükəsizlik qüvvələri bununla bağlı tədbir görər”, - deyə Karen Saruxanyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR