İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın yaxın adamı Macarıstan və Slovakiyanı hədələdi

Macarıstan və Slovakiya Rusiya neftini almağa davam etsələr, ciddi nəticələrlə üzləşəcəklər.

Musavat.com xəbər verir ki, bunu Respublikaçılar Partiyasından olan ABŞ senatoru Lindsi Qrem sosial şəbəkədə yazıb.

Qrem qeyd edib ki, o, ABŞ prezidenti Donald Trampın avropalı tərəfdaşların Rusiya neftinin alınmasını dayandırması tələbini dəstəkləyir. O xatırladıb ki, Avropa İttifaqı ölkələrinin əksəriyyəti artıq Rusiyadan neft və qaz idxalını əhəmiyyətli dərəcədə azaldıb, lakin Macarıstan və Slovakiya üçün vəziyyət problemli olaraq qalır:

"Rusiya neftinin alınmasına gəlincə, indi demək olar ki, hər şey Macarıstan və Slovakiyadan asılıdır. Ümid edirəm və gözləyirəm ki, onlar tezliklə bizə bu qanı dayandırmağa kömək edəcəklər. Əks halda, bunun nəticələri olmalıdır və olacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR