Onlayn ictimai-siyasi qəzet
Şimali Kiprdə 4 gün davam edən XX Türk Dünyası Gənclik Günləri və Qurultayı bu gün baş tutan möhtəşəm toplantı ilə başa çatıb.
Dünya Türk Gənclər Birliyi tərəfindən təşkil olunan tədbir birliyin başqanı Ərsin Gözələ ən müxtəlif türk ölkələri tərəfindən təqdim olunan hədiyyələrlə başlayıb.
İlk olaraq Azərbaycan nümayəndə heyəti öz hədiyyələrini təqdim edib.
Daha sonra ən müxtəlif mövzular üzrə təşkil olunan komissiya rəhbərləri türk dünyası üçün çox vacib əhəmiyyət daşıyan qərarlarını elan ediblər.
Dünya Türk Gənclər Birliyi başqanını müəyyən etmək üçün seçkilər keçirilib və Ərsin Gözəl yenidən qurumun rəhbəri seçilib.
Ərsin Gözəl hər kəsə təşəkkürlərini bildirib:
"Allah utandırmasın. Sizlərə çox-çox təşəkkür edirəm. İnşallah, vəzifəmizi sona qədər yerinə yetirməyə Allahımız izn verər".
Ə.Gözəl çıxışında həmçinin rəhbəri olduğu təşkilatın türk ölkələri üzrə seçilən nümayəndələrini elan edib. Bununla da qurumun həm də Yönətim qurumu formalaşıb.
Azərbaycan üzrə "Yeni Müsavat" qəzetinin siyasi yazarı, AĞ Partiya başqanının müavini Cavanşir Abbaslı yenidən təmsilçi, yəni Yönətim Kuruluna seçilib.
Eyni zamanda, Ərsin Gözəl Dünya Türk Gəncləri Birliyinin Türk Dünyasının ödülü medalının Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi təklifini verib. Zaldakı qonaqlar hamılıqla bu qərarı tam dəstəklədiklərini bildiriblər.
Sonda konsert təşkil olunub.
Bununla da XX Türk Dünyası Gənclik Günləri və Qurultayı başa çatıb.
Musavat.com
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ