İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Aleksey Navalnının anasının şikayətini rədd etdi

Rusiyanın Salexard şəhər məhkəməsi müxalif siyasətçi Aleksey Navalnının anası Lüdmila Navalnayanın şikayəti üzrə icraata xitam verib.

Musavat.com xəbər verir ki, Navalnaya oğlunun ölümünün araşdırılması və qətl faktı üzrə cinayət işinin açılması üçün məhkəməyə müraciət etmişdi.

Məhkəmənin qərarında qeyd olunub ki, cinayət işinin açılmasından imtina “şikayətçinin hüquq və maraqlarına toxunmur”.

LUDMİ.jpeg (52 KB)

Siyasətçinin həyat yoldaşı Yuliya Navalnaya özünün Teleqram kanalında məsələ ilə bağlı qeyd edib:

“2024-cü il fevralın 17-dən etibarən biz Alekseyin qətli üzrə işin açılmasını tələb edirik. İstintaq Komitəsi dəfələrlə imtina edib. Alekseyin anası da bu imtinaları məhkəmədə şikayət etmişdi. Lakin indi məhkəmə belə bir qərar çıxardı - guya oğlunun qətlinin araşdırılmaması onun hüquq və maraqlarına aid deyil”.

Navalnının ailəsi bir ildən çoxdur ki, müxalifətçinin müəmmalı ölümü ilə bağlı ədalətli araşdırma aparılması uğrunda mübarizə aparır. Onlar hesab edirlər ki, Aleksey Navalnının ölümü siyasi motivli qətldir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR