İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada sutka ərzində ikinci fiqurlu konkisürəni yük maşını vurdu

Avstriyalı fiqurlu konkisürən Yulia Mari Qayzer avtomobil qəzasında dünyasını dəyişib.

Bu barədə "RAI News" məlumat yayıb.

Faciə velosiped yürüşü zamanı baş verib. İdmançını yolayrıcında yük maşını vurub. Qəza zamanı yük maşınının sürücüsü sərxoş olmayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, sentyabrın 15-də yük maşını italiyalı gənc fiqurlu konkisürmə ulduzu Matilda Ferrarini vurub.

Hadisə İtaliyanın şimalında idmançı ictimai nəqliyyatı gözləyən zaman baş verib.

2025-ci ilin yayında Ferrari İtaliya Kubokunun finalında bürünc, 2024-cü ildə isə Paduyada keçirilən Venesiya Kubokunda qızıl medal qazanıb./Oxu.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR