Onlayn ictimai-siyasi qəzet
“Biz futbol oynamırıq, Ermənistanın təhlükəsizliyindən danışırıq”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” Partiyasından olan deputat Sərkis Xandanyan bildirib.
Onun sözlərinə görə, burada hərtərəfli yanaşma lazımdır və bir-birinə top ötürməkdə problem yoxdur.
Erməni deputat Ermənistanın təhlükəsizliyini əsas prioritet saydıqlarını bildirib. “Biz geosiyasi gərginlik şəraitində Ermənistanın toqquşmalar teatrına çevrilməsində maraqlı deyilik”, - deyə Sərkis Xandanyan bildirib.
Xatırladaq ki, aprel ayının əvvəllərində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda KTMT müşahidəçilərinin yerləşdirilməsi imkanından danışarkən “Top İrəvanın tərəfindədir” demişdi.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ