İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyanın bu mövqeyi vəziyyəti kökündən Azərbaycanın xeyrinə və Qarabağ ermənilərinin ziyanına dəyişdi”-Tevanyan  

“Rusiya Federasiyası Xarici İşlər Nazirliyi nəhayət, erməni xalqının yanaşmasına uyğun şəkildə açıq mətnlə bəyan etdi ki, artsaxın mühasirəsi (??-M.) Nikol Paşinyanın 2022-ci ildə Praqada qəbul etdiyi qərarın nəticəsidir və əgər erməni xalqı buna dözürsə, o zaman bunu nəzərə alır”.

Musavat.com bildirir ki, bu sərsəm sözləri Ermənistan Milli Assambleyasının deputatı Andranik Tevanyan öz Facebook səhifəsində yazıb. Tevanyan əlavə edib ki, Rusiya Federasiyası faktiki olaraq Paşinyana “satqın” adını verdi, Paşinyanın artsaxı Azərbaycanın bir hissəsi kimi tanıdığını bildirdi. Erməni deputat qeyd edib ki, Paşinyanın bu mövqeyi vəziyyəti kökündən Azərbaycanın xeyrinə və Qarabağ ermənilərinin ziyanına dəyişdi.

Cəfəng fikirlərinin davamında deputat Qarabağ separatçılarına da qızışdırıcı mesajlar verib. Qeyd edib ki, “artsax hakimiyyəti” hələ də Paşinyanın Praqa qərarına heç bir şəkildə reaksiya verməyib: “Əksinə, səssizcə onunla razılaşdı.

Yeri gəlmişkən, Ermənistanın əksər siyasi çevrələri, o cümlədən müxalifət 2022-ci ilin oktyabrında baş verənlərin mənasını və təhlükə dərəcəsini dərk etməyib. Rusiya Xarici İşlər Nazirliyi bunu onlar üçün də açıq mətnlə verib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR