İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın baş tutmayan arzusu: - Gürcüstandakı seçki kimlərin xəyallarını puç etdi?

 

Gürcüstanda keçirilən parlament seçkiləri bu ölkənin gələcəyi üçün həlledici anlardan biri oldu. Gürcü xalqının öz iradəsini ortaya qoyduğu bu seçkilər, bölgədəki sülh və sabitlik üçün vacib bir addım olmaqla yanaşı, Qərbin Gürcüstana və geniş anlamda Cənubi Qafqaza olan təsirini yenidən qiymətləndirməsinə səbəb oldu.

“Gürcü Arzusu”nun tərəfdarları seçkilərdə qalib gəldikləri təqdirdə ölkədə sabitliyin qorunacağını və müharibə riskinin olmayacağını vəd edirdilər. Bununla belə, müxalifət partiyaları, xüsusilə Qərbpərəst qüvvələr, Gürcüstanın bu seçkilərdə Avropa ilə Rusiya arasında seçim etməli olduğunu bildirirdilər.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze öz çıxışında vurğuladı ki, seçkilər ölkənin gələcəyi üçün misilsiz bir əhəmiyyət daşıyır. O qeyd etdi ki, bu seçkilər “xalqın Avropa gələcəyinə inamını, sülh və inkişaf istəyini nümayiş etdirdi”.

 Onun sözlərinə görə, Gürcüstan xalqı ən doğru yolu seçdi və nəticələr hakim partiyanın ölkəni idarə etməkdə davam edəcəyini təsdiqlədi. Baş nazir bu seçkiləri hətta bir növ “referendum” kimi dəyərləndirdi və bu çağırışın xalq tərəfindən böyük həssaslıqla qarşılandığını, nəticədə seçici iştirakının misli görünməmiş səviyyəyə çatdığını qeyd etdi.

Göründüyü kimi Qərbin və havadarlarının planları yenə baş tutmadı. Bütün bunların fonunda boynubükük görünənlərdən biri də Paşinyan oldu. Çünki Qərbin marionet kuklası olan Paşinyan Gürcüstanda Qərbin görmək istədiyi qüvvəllərin seçiləcəyini gözləyirdi. Bu baxımdan seçkilərin əks nəticəsi onu və digərlərini çox məyus etdi.  Bu məyusluğu hətta onun Gürcüstanın baş nazirinə göndərdiyi təbrik məktubunda da sezmək mümkündür. Onun təbrikinin “quru” məzmundan ibarət olması göz önündədir. Sanki məcburi, formal xarakter daşıyan bir addım idi. Paşinyan Qərbin maraqlarını sərgiləyən, bu məsələdə Ermənistanla həmfikir olan və Rusiya ilə yaxın əlaqələri ən aşağı səviyyədə quran Gürcüstan hökumətini xəyal edirdi. Müşahidə olunanlar Gürcüstan-Ermənistan münasibətlərində bəzi problemlərin mövcudluğunu əks etdirir.

İran israrla qırmızı xətti keçməyə çalışır” - Tofiq Abbasov - Infoteka.az

Politoloq Tofiq Abbasov deyir ki, Ermənistanın indiki siyasi rəhbərliyinin və müxalifətdəki qüvvələrinin arzusu idi ki,  Gürcüstanda Azərbaycana zidd qüvvələr parlament seçkilərində qələbə çalsın. 

“Bəllidir ki, Mixeil Saakaşvilinin ətrafında dolaşanlar, Qərbyönümlü siyasi qruplar Avropa və Amerikanın yedəyində gedirlər. Onlara Gürcüstanın qərbpərəst olması və rəsmi Tiflisin Bakı ilə münasibətlərinin soyuq olması lazımdır. Baxmayaraq ki, Gürcüstanın Azərbaycanda çox böyük maraqları var. Azərbaycanın hesabına bu ölkə böyük imtiyazlar əldə edib. Sirr deyil ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 4 milyarddan çox vəsait yatırıb. Bizim birgə layihələrimiz var.  Gürcüstan büdcəsi məhz tranzit vəsaitlər hesabına böyük mədaxillər əldə edib. Bizim tranzit xətlərimiz Gürcüstan ərazisindən keçir. Əlbəttə ki, burada Azərbaycanın və Gürcüstanın böyük qazancı var. Azərbaycan, Gürcüstan və Türkiyə üçlüyü Qafqaz bölgəsində geoiqtisadi, həm də siyasi ab-havanı formalaşdırır.

Ermənistan məhz buna görə Gürcüstanda Qərbpərəst qüvvələrin qalib gəlməsini gözləyirdi. İstəyirdilər ki, Gürcüstanda Qərb institutları öz yerlərini bərkitsinlər.  Bununla da Azərbaycanda münasibətlərdə bizə təzyiqlər göstərsinlər, münasibətlərdə gərginlik olsun.

Digər tərəfdən Ermənistanın özü də çox böyük qısqanclıq yaşayır. Çünki Ermənistan heç vaxt hansısa dövlətlə normal münasibət qura bilməyib. Sağlam ruhda olan, məntiqli bir məfkurəsi yoxdur. Onlar ancaq dağıtmaqda pərgardırlar. Bu isə barbarlıq deməkdir. Qarabağda etdikləri buna nümunədir.  Onların milli şüuru yaradıcı deyil, dağıdıcıdır. Bu, faktdır. Ona görə də çalışırdılar ki, Gürcüstanda da onlara bənzər qüvvələr hakimiyyətə gəlsinlər. Bu zəmində də Azərbaycan Gürcüstanla münasibətdə tənəzzül yaşasın. Gürcüstan xalqı müdrikdir və dəyərləri üstün tuturlar.

Gürcüstanda yaşayan soydaşlarımız da sakit şəkildə hakim partiyaya səs verdilər. Bu, böyük qələbədir. Onun Azərbaycan-Gürcüstan münasibətlərinə çox böyük töhfəsi var. Gürcü xalqı gələcəyinə “hə” dedi”. 

Azərbaycan bloklardan kənar siyasət yeridir.  Həm Qərblə, həm də Şərqlə balanslı münasibət qurur. NATO ilə sağlam münasibətimiz var.  KMTM-də yoxuq, amma orada Ermənistanı çıxmaq şərti ilə bütün dövlətlər Azərbaycanın strateji tərəfdaşlarıdır. Ermənistan hazırda birmənalı şəkildə Qərbin ayaqları altına yıxılır. Guya Qərb demokratiya quruculuğunda Ermənistana böyük töhfə verəcək. Lakin bunların hamısı mifdir. Ermənistanda demokratiya olmayıb, olmayacaq da. Sadəcə olaraq demokratiya poqonlarını Qərb institutları süni şəkildə ermənilərin çiyninə qoyub. Əslində, elə deyil. Gürcüstan isə görünən odur ki, Azərbaycan modelini seçib, balanslı siyasət aparacaq. 

Ermənistan  daim özü üçün sahib axtarır. Onlar həmişə kiminsə qulluğundadırlar. Çalışırlar ki, bundan öz mənfəətləri üçün nəsə qoparsınlar. Belə zəlil vəziyyətdə olan hökumət heç vaxt demokratiya qura bilməz. 

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR