Onlayn ictimai-siyasi qəzet
Naməlum şəxs erməni bloger Mina Xaçatryanı Moskvada vəhşicəsinə döyüb.
Musavat.com “REN TV”yə istinadən xəbər verir ki, blogerin qızı polis və təcili yardım çağırıb.
Hücum edən şəxs polis tərəfindən saxlanılıb.
“Sputnik-Armenia”nın jurnalisti Arman Abovyanın yazdığına görə, səhər saat üçdə naməlum şəxs qadının mənzilinə daxil olub. O, Xaçatryanı boğmağa başlayıb və başına dəmirlə vurub.
Zərərçəkənə açıq kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub.
Qeyd edək ki, Mina Xaçatryan Ermənistanda tanınmış blogerdir. O, Nikol Paşinyan hökumətini çox tənqid edir, hazırda Moskvada yaşayır.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ