Onlayn ictimai-siyasi qəzet
“Paşinyan iqtidarı və erməni xalqının birgə yaşaması qeyri-mümkündür. Ölkədə qaçılmaz impiçment mühiti yaradılmalıdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan öz məqaləsində yazıb.
Ovannisyan bu məqsədlə Ermənistanda xüsusi təşkilatın qurulacağını da söyləyib.
“Burada əsas məqsəd Paşinyanın impiçmenti üçün zəmin hazırlamaqdır. Onu qovmaq lazımdır. Bunun üçün bütün ölkə ərazisində lazımi infrastruktur yaratmaq zəruridir. Bu işə çoxlu sayda insan və mütəxəssislər cəlb olunmalıdır”, - deyə Vahe Ovannisyan qeyd edib.
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ