Onlayn ictimai-siyasi qəzet
“Niyə Ermənistanın 3 sabiq rəhbəri Qarabağ məsələsi ilə bağlı təsvir etdikləri “mükəmməl həll variantlarını” həyata keçirməyiblər?”
Musavat.com-un xəbərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yayımladığı videomüraciətində belə bir sual verib.
Onun sözlərinə görə, burada iki ehtimal mümkündür:
“Birinci ehtimal ondan ibarətdir ki, onlar cinayət xarakterli hərəkətsizlik nümayiş etdiriblər və bəlkə də Ermənistanın deyil, xarici dövlətlərin maraqlarına xidmət ediblər. Nəticədə bizi Qarabağ məsələsinin o “mükəmməl həll variantlarından” məhrum ediblər.
İkinci ehtimal isə budur ki, onların təsvir etdikləri o “mükəmməl həll variantları” sadəcə intellektual oyunlardan ibarət olub və onların reallaşdırılması heç vaxt mümkün olmayıb”.
Musavat.com
14 Oktyabr 2025
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ