İnsanlara hürriyət, millətlərə istiqlal!

Onları “vətənə xəyanətdə” suçlayırlar

2022-ci ildən bəri Rusiya məhkəmələri Ukraynanın işğal olunmuş ərazilərində “vətənə xəyanət”, “casusluq” və “məxfi əməkdaşlıq” maddələri üzrə 190 hökm çıxarıb.

Musavat.com xəbər verir ki, məlumata əsasən, 2025-ci ilin iyul–sentyabr ayları arasında bu maddələr üzrə demək olar ki, hər üç gündən bir yeni hökm elan olunur.

Ən azı iki nəfərə ömürlük həbs cəzası verilib. Məhkum edilənlərin təxminən 28 faizi qadınlardır, halbuki bu göstərici Rusiya üzrə orta hesabla cəmi 6 faiz təşkil edir.

Hökmələrin üçdə ikisi casusluq ittihamı ilə bağlıdır. Bu maddə əsasən xarici vətəndaşlara – bu halda Ukrayna pasportu daşıyan şəxslərə qarşı tətbiq edilir. Jurnalistlər həmçinin “vətənə xəyanət” ittihamlarının da artdığını qeyd edirlər. Bu, işğal olunmuş ərazilərin sakinlərinin məcburi şəkildə Rusiya vətəndaşlığına keçirilməsilə əlaqələndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR