İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Rusiyanın hücumlarından sonra Ukraynada elektrik enerjisinin idxalına ehtiyac yaranır

Rusiyanın hücumlarından sonra Ukraynada elektrik enerjisinin idxalına ehtiyac yaranır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla birgə mətbuat konfransında bildirib.

"Əgər biz bu və ya digər hücumlardan sonra elektrik enerjisi ilə problemlər yaşayacağıqsa, onu idxal etməli olacağıq. Ukrayna genişmiqyaslı müharibə ərzində bütün qış mövsümlərində elektrik enerjisi idxalından az da olsa istifadə edib. Bu xətt bizim üçün indi də açıqdır. Digər məsələ Rusiyanın qaz anbarlarımıza, su təchizatına və qaz infrastrukturumuzun əhəmiyyətli hissəsinə hücum etməsidir. Ona görə də artıq qaz idxalı haqqında danışmağa başlamışıq, bizə nə qədər lazım olacağı barədə öz qiymətləndirməmiz var, - V.Zelenski deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR