Onlayn ictimai-siyasi qəzet
2028-ci ilə qədər Cənubi Koreyanın paytaxtında ilk yeraltı nüvə zərbələrinə davamlı mülki sığınacaq tikiləcək. Musavat.com xəbər verir ki, məlumatı “The Korea Herald” qəzeti yayıb.
Qəzetin yazdığına görə, yeraltı sığınacaq Seuldakı yaşayış kompleksinin üçüncü zirzəmisində yerləşəcək və xarici nüvə, bioloji və ya kimyəvi təhlükələrdən qorunmaq üçün nəzərdə tutulacaq. Bunker havalandırma, su təchizatı və kanalizasiya sistemləri ilə təchiz olunacaq. Sığınacaq 2147 kvadratmetr ərazini tutacaq və iki həftə ərzində 1020-yə qədər insanı qəbul edə biləcək.
Sülh dövründə bunker ictimai idman mərkəzi kimi fəaliyyət göstərəcək.
Qəzet vurğulayır ki, bu, “regional hakimiyyət orqanlarının özlərinin tikəcəyi ilk nüvəyə davamlı mülki bunkerdir”. Tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır; 16 binalı yaşayış kompleksinin layihələndirilməsi hazırda 70 faiz tamamlanıb.
Musavat.com
14 Oktyabr 2025
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ