İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəqiqələr qalır - diqqətlər Polşada...

"Ukraynaya qalib gəlsək, artıq İslandiya qələbəsi möcüzə kimi qəbul olunmayacaq"

Bu gecə Bakı vaxtı ilə saat 22:45-də Azərbaycan milli komandası tarixinin ən ciddi oyunlarından birinə çıxacaq. Dünya Çempionatının seçmə mərhələsində D qrupunda 4-cü oyunumuza çıxırıq. Rəqib isə güclü millilərdən sayılan Ukrayna seçməsidir. Qarşılaşma müharibə səbəbindən Polşada keçirilir.

Qeyd edək ki, portuqaliyalı məşqçi Fernandu Santuşun qovulub yerinə yerli məşqçi Ayxan Abbasovun gəlişindən sonra millimizə ümidlər bir qədər artıb. Hazırda aktivində bir xalı olan Azərbaycan seçməsi Ukraynaya qalib gələrsə, xallarını rəqiblə bərabərləşdirir və gələn ay qrupdan çıxıb tarix yazmaq üçün İslandiya ilə davam ya tamam oyununa çıxır. Onun üçün də bu oyunun əhəmiyyəti olduqca yüksəkdir.

Natiq Muxtarlı yazır: Avropanın səssiz işğalı - Onlar gəliblər

Natiq Muxtarlı

Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-a oyun öncəsi bunları deyib: "İlk növbədə Ukraynaya qalib gələk, sonra İslandiya oyunu barədə rahat danışa bilərik. Amma açığı ümidsizəm, çünki, Ukraynaya qalib gələcək potensialımız hələ ki, yoxdur. Baxmayaraq ki, Ukrayna yığması pis vəziyyətdədir. Onların da düşərgəsində zədəli futbolçular var. Komandada abı-hava yaxşı deyil. Ukrayna mətbuatının özü baş məşqçilərinin işindən narazıdır. Amma bütün bunlara baxmayaraq, güman etmirəm ki, Ukrayna seçməsinə qalib gələk. Söz yox, düşünürəm ki, futbolçularımız meydanda vuruşacaqlar. Yəni Santuşun komandası olmayacaq. Lakin futbolçularımızın potensialı hər kəsə məlumdur. Bu nəsillə ciddi nəyəsə nail ola bilmərik. Amma təbii ki, qalib gəlsək, şanslarımız xeyli artacaq. Üstəlik də İslandiya ilə oyunumuz var. Fransanın da İslandiya qalib gələcəyini düşünsək, ciddi şanslarımız yaranacaq. Baxın, Ukraynaya qalib gəlsək, o oyun bizim üçün həyatı əhəmiyyətli oyuna çevriləcək. O qarşılaşmada da qalib gəlsək, bu artıq möcüzə olar. Təki proqnozlarımda yanılım. Futbolda hər şey ola bilər. Bu idman növü həm də mübarizədir. Yaratdığın şanslardan istifadə etsən, istənilən komanda qalib gələ bilərsən. Bu baxımdan Ukrayna qalib gəlsək, artıq İslandiya qələbəsi möcüzə kimi qəbul olunmayacaq".

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR