İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın planı iflasa uğradı

ABŞ Səhiyyə Nazirliyinin tabeliyində olan Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzində (CDC) hökumətin fəaliyyətinin qismən dayandırılması (“şatdaun”) fonunda işdən azad edilən yüzlərlə dövlət qulluqçusu vəzifələrinə bərpa edilib.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Yanlış bildirişlər alan əməkdaşlar agentlikdən işdən çıxarılmayıb və onların heç biri ixtisara düşmədikləri barədə məlumatlandırılıb”, - deyə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin kommunikasiyalar direktoru Endryu Nikson bildirib.

Federal qulluqçuları təmsil edən həmkarlar ittifaqının məlumatına görə, şənbə günü təxminən 700 nəfər işinə bərpa olunub. 600 nəfər isə hələ də işsiz qalır.

Xatırladaq ki, 10 oktyabrda ABŞ prezidenti Donald Tramp hökumətin fəaliyyətinin dayandırılmasına cavab olaraq “çoxsaylı” federal qulluqçuların işdən çıxarılacağını bildirmişdi.

ABŞ federal hökumətinin fəaliyyəti maliyyə ayrılmaması səbəbindən 1 oktyabr gecəsi qismən dayandırılıb. Bu vəziyyət Konqresdə iqtidarda olan Respublikaçılarla müxalif Demokratlar arasında, o cümlədən səhiyyə sahəsindəki xərclərlə bağlı razılıq əldə olunmaması nəticəsində yaranıb. Hər iki tərəf bir-birini “şatdaun”u siyasi məqsədlərlə uzatmaqda ittiham edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR