İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Zelenskinin yolunu gedə bilməz-səbəblər

İlk yayımlanma saatı: 18.10.2023 ( 21:47) 

Zelenski keçmiş aktyor olaraq yaradıcıdır, intellektdir, Paşinyan isə dar düşüncəli və cansıxıcı; biri Rusiya ilə daha heç vaxt dost olmayacaq, biri isə heç vaxt onun kimi düşmən...

Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışına “adının açıqlanmasını istəməyən yüksək vəzifəli mənbənin” rəsmi dövlət agentliyi TASS-a “Ukrayna prezidenti Zelenskinin yolu ilə gedir” reaksiyasını Moskvanın rəsmi mövqeyi kimi qəbul etmək lazımdır. O adının açıqlanmasını istəməyən mənbə, xarici işlər naziri Sergey Lavrov da ola bilər, onun müavinlərindən biri də, bəlkə də Mariya Zaxarova da...Ola bilsin, bunun jurnalistlər üçün rahat danışmaq mənbəyi olan prezidentin mətbuat katibi Dmitri Peskov desin... 

1697617449795485_L56-nncn.jpg (52 KB)

Məlumdur ki, İki gündür Rusiya prezidenti də daxil olmaqla əsas dövlət adamları Çində tədbirdədirlər. Paşinyanın bir gün əvvəl Avropa Parlamentindəki çıxışı Çin səddini aşıb Kremlin hakim elitasının qulağına əlbəttə dəqiqələr sonra çatdırılıb. Amma bu mövqedə həm də Paşinyanın danışdıqlarından, hərəkətlərindən bezikmə, yorulma elementləri də hiss olunmaqdadır. O səbəbdən daha “Ermənistan bizim strateji müttəfiqimizdir”, “münasibətlər normaldır” kimi cümlələri təkrarlamağa ehtiyac duyulmayıb.

“Zelenskinin yolu” dedikdə Rusiyanın nələri nəzərdə tutduğu bəllidir. Rusiya hər şeydən öncə hesab edir ki, Zelenski öz ağlı ilə hərəkət etmir, Qərbdəki ağalarının dediklərini icra edir və getdiyi yolun sonunda da onu məğlubiyyət gözləyir. Bir sözlə, yolu cəhənnəmə gedir. Moskvadakı mənbə bu bənzətməni havadan da deməyib, Rusiyanın əlində Paşinyanın Qərb dairələri və kəşfiyyatı ilə gizli danışıqları haqda da məlumatlar əlbəttə ki, var. Mixail Saakaşvili həbsdən göndərdiyi məktubda Paşinyana yazır ki, ayıq ol, hökumətində Rusiyanın “beşinci kolon”u var. Onun həbsdə ola-ola bu informasiyanı necə əldə etdiyi də bir başqa sualdır. Görünür, eks-prezident bunu ehtimal edir, çünki Rusiyanın asanlıqla Ermənistanı “azad etməyəcəyinin” fərqindədir. 

Screenshot_2.png (844 KB)

İndi belə tələsik nəticələr də var ki, Rusiya Zelenski bənzətməsi ilə artıq son xəbərdarlığını etdi və bundan sonra tufan qopacaq. İrəvandan dərhal “biz MDB-ni, Avrasiya Birliyini və KTMT-ni tərk etmirik” reaksiyası da onu göstərir ki, Paşinyan hökuməti bu bənzətmədən ciddi narahat olub. Ermənistanın narahatlığı əbəs deyil. Əlbəttə Paşinyan 2018-ci ildə inqilabla hakimiyyətə gələndə Qərbə yaxınlığı bilinsə də, anti-Rusiya ritorikasını ustalıqla gizlədirdi. 2020-ci müharibəsindən sonra isə Paşinyanın “düyməsini basdılar”. Rusiya Ukrayna bataqlığına düşürüləndən dərhal sonra Ermənistanın yeni ağaları Paşinyanı inandırmışdılar ki, “Rusiya artıq heç vaxt əvvəlki ölkə olmayacaq, starteji məlubiyyətə uğrayacaq, bəlkə də ölkə parça-parça olacaq, tez hərəkətə keç”. Rusiyaya “Azərbaycanla müharibədə bizi qorumadın” bəhanələri, sərhəddə genişmiqyaslı təxribat törədib KTMT-ni köməyə çağırması da düşünülmüş gedişlər, Moskvanın “dönüklüyünə” sübutlar toplamaq əməliyyat idi. Sonra Laçın yolu, Qarabağdakı sülhməramlılarla bağlı ittihamlara keçdi. Əminəm ki, Rusiya-Ukrayna müharibəsi başlamasaydı, Paşinyan ya heç vaxt Moskvaya qarşı baş qaldıra bilməyəcəkdi, ya da daha bir neçə il fürsət gözləməli olacaqdı. 

11-2.jpg (423 KB)

Qərb Ukraynanı bu savaşa 2014-cü ildən hazırlayırdı, Zelenskinin namizədliyi və parlaq qələbəsi Qərbin iştahasını daha da artırdı. Sonrası məlum... Amma məncə, bu bənzətmə uğurlu, daha doğrusu uyğun deyil. Bunun iki səbəb var. Birincisi, Ermənistan heç vaxt Ukrayna ola bilməz.

İstəyir ABŞ gətirib Pentaqonu İrəvanda tiksin, bu ölkənin Rusiyaya qarşı müqavimət göstərmək potensialı yoxdur. Nə resursları, nə insan potensialı buna imkan verir. Rusiya hərbi marşla Ermənistanı işğal edə bilər, bəlkə də bir neçə saata. 

652f89dec4bea652f89dec4beb1697614302652f89dec4be8652f89dec4be9.jpg (326 KB)

İkincisi, iki slavyan xalqını bir-birinə düşmən etmək üçün Qərb ciddi təbliğat işi apardı, millətçi və radikal təşkilatlar qurdu, onlara hərbi təlimlər keçdi və sairə. Ermənistanda anti-Rusiya əhvalı əlbəttə var, amma bu Rusiyanı bu ölkədən ayırmaq üçün kifayət deyil. Ermənilər heç vaxt Rusiya ilə Ukrayna kimi döyüşə bilməzlər. 44 günlük müharibədə sübut etdi ki, ermənilər qəddar olsalar da, əslində qorxaqdırlar. İdeolojilərini on illərlə boş və mənasız xəritələrə, “böyük Ermənistan” xülyalalarına sərf ediblər, müstəqil dövlət yox, kiminsə qoltuğunun altında yaşamaq üçün çalışıblar. 

f652f976f79d9c_652f976f79ddc.jpg (87 KB)

Baxın, SSRİ-nin imreriya kimi çöküşündə Bakı, Tiflis, Vilnüs, bundan əvvəl Qazaxıstan nümunəsi var. Azadlıq mübarizəsində şəhidlər vermişik. Hətta Rusiyanın özündə bu proses qan-qadasız ötüşməyib. Amma Ermənistanın elə bir mübarizə tarixi yoxdur. Ona görə olmayan soyqırıma abidə qoydular ki, heç olmasa, xaricdən gələn olanda “milli mübarizələri”üçün nəsə göstərsinlər. Bunun özü çox şey deyir. Paşinyan indi yüksək tribunalardan azadlıqdan, demokratiyadan danışır, amma Qafqazda bunun nümunələrini Azərbaycan öz tarixinə yazıb.

Zelenskiyə münasibətim bəlli olsa da, onu Paşinyanla müqayisə edə bilmərəm. Düzdür, axtarsan oxşar cəhətlərin tapmaq olar, necə ki, Rusiya artıq o ortaqlığı tapıb. İkisində də populizm, özünü xalqa zorla sevdirmək şakəri var. Amma onların bir mühüm fərqi var. Zelenski keçmiş aktyor olaraq yaradıcıdır, intellekdir, Paşinyan isə dar düşüncəli və cansıxıcı. Nəhayət, biri Rusiya ilə daha heç vaxt dost olmayacaq, biri isə heç vaxt onun kimi düşmən...

Yaşayarıq, görərərik...

 

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR