İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan YALVARDI: “Hərbi toqquşma olacaq, imkan verməyin!” – hərbi ekspertlə CANLIda

“Beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər regionumuzda yeni partlayışın qarşısını almaq üçün ciddi tədbirlər görməlidirlər”. Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan deyib. “Ermənistan Respublikasının 2021-ci il dekabrın 14-də Brüsseldə, 2022-ci il oktyabrın 6-da Praqada, 2023-cü ilin mayında Brüsseldə əldə olunmuş razılaşmalara, habelə noyabrda imzalanmış üçtərəfli bəyanata sadiqliyini vurğulayıram”, – o əlavə edib.

Erməni baş nazir regionda hərbi vəziyyətin xeyli pisləşdiyini vurğulayıb. Qeyd edək ki, Paşinyanın bu açıqlaması Ermənistanın yeni hərbi təxribata hazırlaşdığını göstərir. Adətən rəsmi İrəvan sərhəddə və ya Qarabağda törədəcəyi təxribatlardan əvvəl bu cür açıqlamalar verərək öz əməlini pərdələməyə çalışır.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR