Onlayn ictimai-siyasi qəzet
Vaşinqtonda olan jurnalist Aleks Raufoglu ABŞ hökumətindəki mənbələrə istinadən Ağ Evdə imzalanması planlaşdırılan sənədlərin siyahısını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu sənədlərin imzalanması gözlənilir:
Birgə bəyannamənin imzalanması;
Sülh müqaviləsinin paraflanması;
ATƏT-in Minsk Qrupundan çıxmaq haqqında birgə məktubun imzalanması;
Ermənistan-ABŞ və ABŞ-Azərbaycan arasında ikitərəfli memorandumların qəbulu.
A.Raufoglunun sözlərinə görə, artıq gündəmdə "dəhliz" anlayışı yoxdur. İndi diqqət mərkəzində “Trampın beynəlxalq sülh və rifah üçün marşrutu” (TRIPP) adlı yeni tranzit və inkişaf planı dayanır.
Bu təşəbbüs Azərbaycanın əsas ərazisindən Naxçıvana maneəsiz ticarət dəhlizi yaratmağı nəzərdə tutur. TRIPP layihəsi həm də “Orta Dəhliz”in yenidən formatlaşdırılması və gücləndirilməsi üçün strateji fürsət kimi təqdim olunur.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ