Onlayn ictimai-siyasi qəzet
Ermənistanda hakim “Vətəndaş sazişi” partiyası bütün ermənilərin Katolikosu deyə sayılan II Qareginin istefası məsələsini hələ də gündəmdə saxlayır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hökumət iclasından sonra keçirilən brifinqdə jurnalistlər iqtisadiyyat naziri və partiyanın nümayəndəsi Gevork Papoyandan bu mövzunun aktuallığını itirib-itirmədiyini soruşublar. Papoyan isə cavabında hakim partiyanın gündəmindən heç nə çıxarılmadığını bildirib.
“Erməni Apostol Kilsəsinin ardıcılı olmaq və eyni zamanda baş verənlərə göz yummaq mümkün deyil. Əgər kilsə rəhbərliyinin böyük bir hissəsi subaylıq andını pozubsa, bu, qəbulolunmazdır”, – deyə Papoyan bildirib.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ