Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqaz gündəminə nəzarətin olmaması Rusiya üçün uzunmüddətli nəticələrə səbəb olacaq.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Bu fikri “Tsargrad” portalının siyasi şərhçisi, siyasi elmlər doktoru Andrey Pinçuk səsləndirib.
O qeyd edib ki, Türkiyə artıq uzun müddətdir ki, Azərbaycanı Naxçıvan və daha sonra Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi ideyasını irəli sürür.
“Əgər Moskva Cənubi Qafqaz gündəminə nəzarəti bərpa etməsə, nəticələr uzunmüddətli olacaq. Bu, artıq təkcə İrəvana və ya Bakıya təsirin itirilməsi demək deyil. Bu, ABŞ, Böyük Britaniya və Türkiyə kimi açıq şəkildə anti-Rusiya yönümlü aktorların regiona daxil olmasına imkan yaratmaq deməkdir”, – deyə Pinçuk bildirib və əlavə edib ki, əslində söhbət Rusiyanın Avrasiya geosiyasətinin əsas regionlarından birindən sıxışdırılıb çıxarılmasından gedir.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ