İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Rusiya atəşkəsə getməlidir, liderlərin görüşü isə sülhə nail olmaq üçün ən yaxşı formatdır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya prezidentləri arasında mümkün görüş, ardınca isə yüksək səviyyəli üçtərəfli danışıqlar barədə yayılan məlumatları şərh edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesablarında yazıb.

“Əsas detalları müzakirə etmək vacibdir. Prioritetlər tam aydındır. Birinci məsələ – qətllərin dayandırılmasıdır və atəşkəsə getməli olan tərəf məhz Rusiyadır. İkincisi – liderlər üçün belə bir formatın yaradılmasıdır ki, bu görüş həqiqətən davamlı sülhün əldə olunmasına kömək edə bilsin. Ukrayna tərəfi dəfələrlə bildirib ki, real həll yollarının axtarışı məhz liderlər səviyyəsində daha səmərəli ola bilər. Belə bir format üçün zaman və müzakirə mövzularının müəyyənləşdirilməsi lazımdır. Üçüncüsü – uzunmüddətli təhlükəsizlik təminatıdır. Bu isə yalnız ABŞ və Avropa ilə birlikdə mümkündür”, – deyə Zelenski qeyd edib.

Dünən Zelenski Donald Tramp ilə danışdığını bildirib. Onun sözlərinə görə, bu söhbətdən sonra ayrıca olaraq NATO baş katibi Mark Ryutte və Finlandiya Prezidenti Aleksandr Stubb ilə də əlaqə saxlayıb. Bu gün isə Ukrayna Prezidentinin Almaniya kansleri Fridrix Merts ilə danışacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR