İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsan haqları Trampın xarici siyasətində ikinci plandadır- The Washington Post

ABŞ diplomatları artıq demək olar ki, 50 ildir insan hüquqları hesabatları hazırlayırlar. Lakin indi vəziyyət dəyişib.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.

Qeyd eədk ki, bu sənədlər dünyanın müxtəlif məhkəmələri tərəfindən ən dolğun və etibarlı mənbə kimi istifadə olunur.

Nəşr 2024-cü il üzrə Rusiyada, İsraildə və Salvadorada insan hüquqları pozuntuları ilə bağlı hesabatların sızdırılmış qaralama versiyalarını araşdırıb və bildirir ki, bu sənədlər əhəmiyyətli dərəcədə qısaldılıb, sözügedən ölkələrin hökumətləri barədə tənqidi ifadələr isə yumşaldılıb.

The Washington Post yazır ki, hesabatların qaralama versiyalarına əsasən, ABŞ Prezident Administrasiyası məhbuslara qarşı qəddar rəftar, korrupsiya, LGBTQ+ icmasına qarşı ayrı-seçkilik və digər ehtimal olunan pozuntular barədə məlumatların ya ümumiyyətlə çıxarılması, ya da əhəmiyyətinin azaldılması istiqamətində qərar verib.

Nəşrin Ağ Evdəki mənbəsi isə bildirib ki, hesabatların “oxunuş rahatlığı” baxımından qısaldıldığı deyilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR