İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hökumətindən Taşir qrupuna ittiham: Dövlət dəstəyi ilə belə zavodu tamamlaya bilmirlər

Ermənistan iqtisadiyyat naziri Gevork Papoyan “Taşir” Qrupunu və onun nümayəndəsi Narek Karapetyanı hədəfə alaraq, qrupun Ermənistan hökumətindən aldığı genişmiqyaslı dəstəyə baxmayaraq bəzi investisiya layihələrini tamamlaya bilmədiyini bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki., Papoyan bu fikirləri hökumət iclasından sonra verdiyi açıqlamada səsləndirib.

Nazir qeyd edib ki, “Taşir” nümayəndəsinin Vanadzorda iri zavod tikintisi vədi verdiyi halda, illərdir təxirə salınan metallurgiya zavodunun hələ də istifadəyə verilmədiyini bildirib:“Kara¬pet¬yan¬lar guya zavod tikməyi və işə salmağı bacarırlar, amma illərlə kiçik bir metallurgiya zavodunun tikintisini başa çatdıra bilmirlər. Halbuki digər şirkətlər – məsələn, “MIK Metal”, “GTB Steel” və Karakertdəki metallurgiya zavodu artıq fəaliyyətə başlayıb, bazara məhsul çıxarıb və minə yaxın iş yeri yaradıb”.

Papoyan, Ermənistan hökumətinin “Taşir” Qrupuna böyük dəstək verdiyini, amma buna baxmayaraq layihələrin gecikdirildiyini deyib. Onun sözlərinə görə, yalnız 2024-cü ildə hökumət “Taşir”ə iki istiqamət üzrə 800 milyon dram (təxminən 2 milyon dollar) dəstək göstərib. Bundan başqa, qrupun zavodları azad iqtisadi zona statusu ilə vergi güzəştlərindən də faydalanır.
“Ermənistanda istisnasız olaraq bütün təşəbbüslərində dövlət dəstəyi görmüş bir qrupun bu qədər şikayət etməsi və dəstəyi gizlətməsi anlaşılmazdır”, – deyə nazir əlavə edib.

Qeyd edək k, “Taşir” qrupunun rəhbəri Samvel Karapetyan Paşinyana siyasi rəqib hesab olunur. Karapetyanın Kremllə yaxınlığı da bilinməkdədir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR