İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qarabağdan köçən erməniləri Ermənistanı tərk etməməyə çağırıb

 

“Bu günə kimi Qarabağdan olan 3000-dən çox erməni Ermənistan Respublikasını tərk edib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 19-da hökumətin iclasında deyib.

“Mən bu mövzuda nəticə çıxarmaq istəmirəm, bəlkə də onların çoxu qohumlarını ziyarət etməyə, bir az vaxt keçirməyə hazırlaşır.

 Mən Qarabağdan olan şəxsləri Ermənistanda qalmağa çağırıram. Biz onları dəstəkləmək üçün hər şeyi edirik. Bizim siyasətimiz onların Ermənistanda qalmaları üçün hər şeyi etməkdir ”, - deyə Paşinyan söyləyib.

Erməni baş nazir yerli hökumətin köçənlər üçün 100 milyon dollar ayırdığını, müxtəlif proqramlar hazırlandığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR