İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan Putinin xətrinə dəyməmək üçün..." - Elxan Şahinoğlu baş nazirin açıqlamalarını ŞƏRH etdi

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün mətbuat konfransı keçirib və önəmli açıqlamalar verib.

Onun mətbuat konfransında dediklərinə Bakıdan reaksiyalar var. Həmin reaksiyalardan biri də "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna məxsusdur.

Musavat.com E.Şahinoğlunun şərhini təqdim edir:

elxansahinoglu (1).jpg (43 KB)

"Ermənistanın baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında deyib ki, Azərbaycanla sülh müqaviləsinin yekun variantında 17 maddədən 13-ü razılaşdırılıb. “Bizim təklifimiz budur ki, razılaşdırılmış bəndlər əsasında sülh müqaviləsi imzalayaq” deyən Paşinyan yerdə qalan məsələləri sonrakı danışıqlar prosesində həll etməyi təklif edib. Aydındır ki, Ermənistan Konstutisiyasının Azərbaycana qarşı ərazi iddiasını əks etdirən bənd razılaşdırılmayan məsələlər içərisində yer alıb. Paşinyan dəyişikliyi zəruri saysa da, bunu gələcəkdə həll etməyə üstünlük verir. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev Konstitusiya dəyişikliyinin sülh sazişinin imzalanması üçün əsas şərt kimi irəli sürüb və bu mövqedə dəyişiklik yoxdur.

Nikol Paşinyan İlham Əliyev sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini vurğulayıb. O Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini bildirib. Paşinyan Putinin xətrinə dəyməmək üçün çoxtərəfli danışıqlar formatını da nəzərdən keçirə biləcəklərini söyləyib. Rəsmi Bakı birbaşa danışıqların əleyhinə deyil. Bu məsələdə konsensus var.

Paşinyan ermənilərin Qarabağa qaydışının mümkün olmadığını da deyib. Baş nazir haqlıdır. Ermənilərin Qarabağa qayıtması üçün onların Azərbaycan vətəndaşlığını qəbul etmələri lazımdır. Onlar isə Azərbaycan vətəndaşı olmaq istəmirlər. Demək, geri qayıda bilməyəcəklər. Nikol Paşinyanın bir maraqlı açıqlaması da Ruben Vardanyan haqqında olub: “Vardanyan Rusiya vətəndaşlığından imtina etdi. Kim onu Ermənistana və Qarabağa göndərdi? Hansı zəmanətlərlə o göndərilmişdi? Niyə onu göndərən sonda dedi ki, onu çox yaxşı tanımır və onun ölkəsinin vətəndaşı deyil?”. Paşinyan bu cümləsi ilə ona işarə edib ki, Ruben Vardanyanı Qarabağa Moskva göndərsə də, sonra ona sahib durmayıb. Bunun səbəbi də bəllidir. Rusiyada milyardlara sahib olan və şirkətlərini idarə edən Ruben Vardanyanın qəfil Qarabağa gəlişinin Moskvanın planı olduğunu biz də bilirdik. Ancaq Vardanyan milyardlarını Qərb sanksiyalarından qorumaq üçün Rusiya vətəndaşlığından imtina etdikdə Kreml ondan üz döndərdi. Bu səbəbə görə də Kreml Vardanyana sahib durmadı. Bunu Paşinyan da bilməmiş deyil".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR