İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Putinə ŞİKAYƏTLƏNDİ: “Bəs deyirdiz Laçın dəhlizi...”

“Bu gün üçün ən vacib məsələ Laçın dəhlizindəki böhrandır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya lideri ilə ikitərəfli görüşdə deyib.

“Təxminən 20 gündür ki, Laçın dəhlizi bağlanıb və bu, Qarabağdakı Rusiya sülhməramlılarının cavabdehlik sahəsidir”, - deyə Paşinyan bildirib.

Paşinyanın iddiasına görə, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır və Azərbaycan sərnişinlərin, yüklərin maneəsiz keçidinə zəmanət verib:

“Belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Təbii ki, mən bu vəziyyəti və onun həlli üçün variantları müzakirə etmək istərdim”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR