İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan onu belə cəzalandırdı - FOTO

İrəvanın keçmiş meri, parlamentin eks vitse-spikeri, “Yerkrapa” Könüllülər Birliyinin keçmiş sədr müavini Albert Bazeyan baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaqda şübhəli bilinərək 2 ay müddətinə həbs edilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili Georgi Melikyan sosial şəbəkələrdə məlumat yayıb.

BAZEYAN.jpg (79 KB)

Məhkəmə Bazeyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorun vəsatətini təmin edib. Sonuncu günahını boynuna almır və özünü siyasi məhbus hesab edir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Bazeyan və “Hərbi-Vətənpərvər Səlibçilər” təşkilatının daha 7 üzvü hakimiyyəti qəsb etməyə hazırlaşmaqda ittiham olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR