İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Ermənilər mövqelərimizi ATƏŞƏ TUTDU, Müdafiə Nazirliyi AÇIQLAMA yaydı – Polkovniklə CANLI

Mayın 10-u saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, bundan başqa, Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir.
"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Bölmələrimiz tərəfindən yalnız qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb" - nazirliyin məlumatında bildirilir.

Pakistan Hərbi Hava Qüvvələri mayın 10-da gecə saatlarında Hindistanın aviazərbələrinə cavab olaraq, “Al Fatah I” ballistik raketlərini buraxıb. Pakistan KİV məlumat yayıb. Məlumatda sözügedən raketlərlə Hindistanın bir neçə hərbi obyektinin məhv edildiyi bildirilib.

Hindistan Silahlı Qüvvələri Pakistan Ordusunun hava zərbələri nəticəsində 5 hərbi bazasının zədələndiyini etiraf edib. Hindistan Ordusunun rəsmi nümayəndəsi polkovnik Sofiya Qureşi məlumat verib. Polkovnik Pakistanın cavab hücumları zamanı Hindistanın 26-dan çox hərbi obyektini hədəfə aldığını deyib.

Xatırladaq ki, Pakistan Silahlı Qüvvələri bundan əvvəl Hindistan Ordusunun Cammu və Kəşmir bölgəsindəki aviabazalarının məhv edildiyini açıqlamışdı.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Şair Ramaldanovla gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR