İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan OD PÜSKÜRDÜ: “Biz sizin üçün nəyik?”- detallar CANLIda

Biz dövlətçiliyimizin funksionallığına yenidən baxmaq zərurəti ilə üzləşmişik. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 16-da parlamentin iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan xaricdə işlənib hazırlanmış və həyata keçirilən planların həyata keçirilməsi üçün tramplin və ya plasdarm deyil. "Ermənistanın milli marağı məhz iqtisadi inkişafdır və bütün konsepsiyalar yalnız bu kontekstdə qiymətləndirilməlidir", - deyə Paşinyan əlavə edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR