Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə hökumətdə kadr dəyişikliyi edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, baş nazirin məzuniyyəti avqustun 12-də başa çatır və bundan sonra o, Nazirlər Kabinetinin tərkibində dəyişiklik etməyi planlaşdırır.
Mətbuat konfransında Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması və Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı konkret mesajlar verəcəyi də gözlənilir.
Bundan əlavə, hökumət dairələri Ermənistanın noyabrda Bakıda keçiriləcək COP29-da iştirak edib-etməməsi ilə bağlı yekun qərarın tezliklə veriləcəyini təsdiqləyiblər.
Şahanə Rəhimli
Müsavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ