İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Kazana GETDİ

Ermənistanın baş naziri Nikol Paşinyan BRİKS sammitində iştirak etmək üçün Kazana gedub.

Musavat.com xəbər verir ki, onun təyyarəsi saat 07:05 radələrində Kazan hava limanına enib. Baş nazir sammitin yekun gününün tədbirlərində iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdədir.

Xatırladaq ki, oktyabrın 22-dən 24-dək Kazanda BRİKS dövlət başçılarının XVI sammiti keçirilir.

BRİKS assosiasiyası 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2011-ci ildə isə Cənubi Afrika ora qoşulub. 2024-cü ildə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri olub. Kazan sammiti assosiasiyaya yeni üzvlərin də qatılacağı ilk sammit olacaq. 30-dan çox ölkədən nümayəndənin iştirakı gözlənilir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR