İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan II Qareginə belə CAVAB verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsilə hökumət arasında münasibətlərdə problemlər yarandığı ilə bağlı iddialara münasibət bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, parlamentdəki iclasda danışıb.

“Mən yüksək səslə bir bəyanat verəcəyəm: əgər kilsənin hökumətlə münasibəti yaxşı deyilsə, deməli, Tanrı ilə də münasibəti yaxşı deyil”, - deyə Nikol Paşinyan bildirib.

“Qoy kilsə öz təbliğatı, mahiyyəti, imanı haqqında düşünsün. Tanrı bizə Ermənistana sülhü qorumağa, inkişaf etdirməyə, möhkəmləndirməyə və sülh gətirməyə kömək edəcək”, - deyə erməni baş nazir ironiyasından geri qalmayıb.

Qeyd edək ki, bütün ermənilərin katolikosu II Qaregin ötən gün bildirib ki, Ermənistanda kilsə ilə hakimiyyət arasında əməkdaşlıq lazımi səviyyədə deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR