Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi ölkəsinin təhlükəsizlik böhranı yaşadığını, lakin bu böhranın xeyli əvvəl yarandığını deyib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, müxalifətin bütün arqumentlərini və ittihamlarını yanlış adlandırıb:
“Təhlükəsizlik sahəsində “hər şey parlaq və çəhrayı deyil”. Əgər hər şey bu qədər yaxşıdırsa, problem nədir? Problem ondadır ki, insanlar təşvişdədir, onların içində acılıq, qeyri-müəyyənlik hakimdir və birbaşa demək lazımdır ki, biz təhlükəsizlik böhranı yaşayırıq. Bəli, bunu demək lazımdır və heç kim buna görə məsuliyyətdən boyun qaçırmayacaq”, - deyə Paşinyan söyləyib.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ