İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan erməniəsilli deputatla Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə parlamentinin erməniəsilli deputatı Karo Paylanla Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini müzakirə edib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, tərəflər həmçinin Türkiyədəki erməni icmasının vəziyyəti və onun fəaliyyəti barədə də fikir mübadiləsi aparıblar.

Deputatın bundan əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla da müzakirələr apardığı bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR