İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Ərdoğana zəng etdi, başsağlığı verdi, "təyyarəmiz uçuşa hazır", dedi...

Ermənistanın baş naziri Paşinyan Türkiyə prezidenti Erdoğana zəng edib.

Musavat.com "Sputnik Armeniya" agentliyinə istinadən bildirir ki, o, zəlzələdə həlak olanlara görə cənab Erdoğana başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Paşinyan Erdoğana bildirib ki, fəlakət zonasına dəstək üçün erməni xilasedicilərini daşıyacaq olan təyyarə artıq İrəvanın Zvartnots hava limanından qalxmağa hazırlaşır.

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir ki, Türkiyə lideri dəstəyə görə Paşinyana təşəkkür edib. O, həmçinin Türkiyə hökumətinin Ermənistanın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edərək, iki ölkə arasında dialoqun daha da dərinləşməsi üçün bu addımın vacibliyini vurğulayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR