İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan daxili işlər naziri vəzifəsinə adam axtarır

Ermənistan Respublikasının polisi hələ də nazirliyə çevrilə bilməyib və baş nazir Nikol Paşinyanın komandası artıq nazir axtarışı və namizədlərin lobbiçiliyi prosesinə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

“Hakimiyyətə yaxın mənbələrdən məlum olub ki, hazırda daxili işlər naziri vəzifəsinə 4 iddiaçının adı səslənir. Bunlar Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan (hökumətin bir hissəsi onu dəstəkləyir), fövqəladə hallar naziri Armen Pambuxçyan (hakim “Mülki müqavilə” partiyasının aparatında tərəfdarları var. Digər ehtimala görə, Fövqəladə Hallar Nazirliyi ləğv ediləcək, bundan sonra o, Daxili İşlər Nazirliyinin tabeliyində olacaq), hakim partiyadan olan deputat Armen Xaçatryan (Milli Assambleyada parlamentin müdafiə və təhlükəsizlik komissiyasının bir neçə üzvü onu dəstəkləyir) və respublika polisinin rəhbəri Vahe Qazaryandır (onun Nikol Paşinyanla xüsusilə yaxın münasibəti var).

“Laçın dəhlizi bağlanıb, Qarabağ (separatçı, qondarma rejim nəzərdə tutulur - red.) fəlakət ərəfəsindədir, bunlar isə vəzifə axtarışındadır”, - deyə qəzet qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR