İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan BUNA GÖRƏ Avropaya tez-tez gedir

Oktyabrın sonunda Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilməli idi. Lakin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar görüşün ləğv edildiyini, buna səbəb kimi vaxt azlığını göstərib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Andranik Ovannisyan fərqli münasibət bildirib.

“Son bir ayda bu, Azərbaycan və Ermənistan liderlərinin Avropa platformasında baş tutmayan ikinci görüşüdür. Nəyə görə Azərbaycan tərəfi birdən-birə “3+3” formatında regional platformanı şiddətlə təbliğ etməyə başlayıb? Əslində, cavab göz qabağındadır və baş verənlərin dərin ekspert təhlili ilə məşğul olmağa ehtiyac yoxdur. Əliyev Paşinyanı ağılla aldatdı, Avropa platformasında ona lazım olan hər şeyi aldı (2022-ci ilin oktyabrı, Praqada görüş, Qarabağın Azərbaycanın bir hissəsi kimi rəsmən tanınması, blokada və hərbi əməliyyat üçün kart-blanş). İndi o, Rusiya və regional ölkələrin vasitəçiliyinə qayıdıb. Lakin Azərbaycan bu məsələyə daha çox fayda əldə etmək, yəni nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması problemi nöqteyi-nəzərindən yanaşır. ABŞ və Aİ-dən asılı olan Paşinyan müstəqil siyasət yeridə bilmədiyi üçün Avropa paytaxtlarını dolanmaqda davam edir”, - deyə erməni ekspert yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR